Fələstin müqavimət qrupları sionist yəhudi mühacirlər tərəfindən Məscidül-Əqsaya edilən hücumdan sonra sionist rejimə xəbərdarlıq edərək, Qüds Qılıncının qınından çıxarıldığını bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, Müqavimət hərəkatlarının birgə bəyanatında deyilir:
"İşğal administrasiyasının ifratçı sionist qruplara Təlmud ayinləri və Məscidül-Əqsa daxilində bəzi cəfəngiyyatlar icra etməsinə icazə verməsi, bizim prinsip və dəyərlərimizə qarşı düşmən münasibətin təhlükəli şəkildə güclənməsi, ümmətimizin və xalqımızın hisslərini təhrik etmək deməkdir".
Müqavimət hərəkatları bəzi ifrat sionist qrupların Qubbətus-səhranın dağıdılması və Sion məbədi adlanan binanın inşası ilə bağlı çağırışlarına görə, işğalçı İsrail hökumətinə xəbərdarlıq ediblər. Belə bir cəhdin həm Fələstində, həm ərəb dünyasında, həm də bütün İslam dünyasında işğal rejimini ciddi şəkildə sarsıdacaq zəlzələyə səbəb olacağını xatırladılıb.
Müqavimət hərəkatları həmçinin harada olur-olsun işğalçı rejimə qarşı müqavimət göstərən Fələstin xalqına, Məscidül-Əqsanı qoruyan, işğal rejiminin hiylələrinə və çirkin planlarına qarşı möhkəm divar yaradan kişi və qadınlara minnətdarlıqlarını bildiriblər.