Fələstin müqavimət hərəkatları Əlcəzairdə toplaşır

Fələstin müqavimət hərəkatları Əlcəzairdə toplaşır

İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmail Haniyyənin başçılıq etdiyi nümayəndə heyəti Əlcəzairin ev sahibliyi edəcəyi Fələstin milli dialoq danışıqlarında iştirak etmək üçün Əlcəzairə gedib.

Az.rasthaber.com xəbər verir ki, Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Fələstində daxili barışıq və milli birlik çağırışı ilə keçiriləcək dialoq danışıqlarının başlanması üçün son mərhələyə çatıb.

Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Fələstində daxili barışıq və milli birlik çağırışı ilə keçiriləcək dialoq danışıqlarının başlanması üçün son mərhələyə çatıb.

İslami Cihad Hərəkatının Siyasi Birliyinin üzvü Ənvər Əbu Taha hərəkatın görkəmli şəxslərindən ibarət bir heyətin Əlcəzair prezidenti Tebbunun dəvəti ilə Əlcəzairə gəldiyini açıqlayıb.

Əbu Taha bəyanatında İslami Cihadın Fələstində səflərin birləşdirilməsi, vətən üçün çalışan bütün təbəqələr arasında siyasi uzlaşmanın əldə edilməsi və Fələstinin milli layihəsinin müəyyən edilməsi üçün edilən bütün çağırışlara müsbət yanaşdığını bildirib.

Bildirilib ki, İslami Cihad heyətindən sonra Həmas heyəti də Əlcəzairə gəlib. Haniyə ilə yanaşı, Siyasi Büro üzvü Dr. Xəlil Əl-Həyyə, Dr. Mahir Salah və Ustad Hüsam Bədranın iştirak etdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR