Fələstin mücahidləri hərəkatı öz bəyanatında Cenin düşərgəsinin Fələstin Muxtariyyətini qüvvələri tərəfindən mühasirəyə alınmasını sionist düşmənin xeyrinə hesab edib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Mücahidləri Hərəkatı sionist rejimin Cenin düşərgəsini bombalamasına münasibət bildirdiyi bəyanatında əlavə edib: Bu bombardman sionist rejimin bütün bölgələrdə Fələstin xalqına qarşı sonsuz soyqırımının bir hissəsidir.
Bu hərəkat əlavə edib: Cenin düşərgəsinin bombalanması sionist düşmənin Fələstin xalqının bütün təbəqələrinin düşməni olması və onun idealını və güc strukturlarını məhv etməyə çalışdığına vurğudur.
Mücahidlər hərəkatı bu bəyanatda Fələstin Muxtariyyətini bu düşərgənin mühasirəsini dayandırmağa və ağıl və məntiq tərəfində dayanaraq millətin yanında olmağa çağırıb, çünki fələstinli döyüşçüləri hədəfə almaq və Cenin düşərgəsini mühasirəyə almaq ancaq sionist düşmənə xidmət etməkdir ki, o, bütün fələstinliləri məhv etməyə çalışır.