İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 48-ci toplantısında iştirak etmək üçün İslamabadda səfərdə olan İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə şəxsi Twitter hesabında paylaşım edib.
Az.rasthaber.com xəbər verir ki, paylaşımda deyilir:
“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 48-ci Toplantısında İran İslam Respublikasını təmsil etməkdən məmnunam. Fələstin İslam dünyasının əsas prioritetidir və belə də qalacaq. Bu məsələdə heç kim İsrailin işğalçı rejimi ilə barışa bilməz. Yəməndən Əfqanıstana qədər İslam dünyasının birliyi böhranların həllinin açarıdır”.