Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun mühasirə altındakı Qəzza zolağında törətdiyi qətliamların beynəlxalq heyət tərəfindən araşdırılmasını tələb edib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi Qəzzada bir məktəbdə əlləri və gözləri bağlı vəziyyətdə tapılan 30 cəsədlə bağlı yazılı açıqlama verib.
Hadisə yerində olan şahidlərin ifadələrinin yer aldığı açıqlamada aşağıdakılar qeyd olunub:
"Qəzza zolağının şimalında çürüyən 30-dan çox fələstinlinin cəsədi tapılıb. Sözügedən vətəndaşlar öldürülüb, əlləri və gözləri bağlı halda basdırılıb. Bu şəxslər edam edilib''.
Açıqlamada bu qətlin İsrail ordusunun Fələstin xalqına qarşı törətdiyi vəhşi soyqırımı ortaya qoyduğu və bunun kimi bir çox başqa qətliamların yaşana biləcəyi vurğulanıb.
Bəyanatda kütləvi məzarlıqdakı cəsədlərin Qəzza zolağındakı fələstinlilərin yaşadığı faciənin göstəricisi olduğu və İsrail ordusunun bu qətliamlarla bütün beynəlxalq qanun və normaları pozduğu vurğulanıb.