30.03.2022 17:10:56
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nahale və onu müşayiət edən nümayəndə heyəti Livanda Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, El-Mənar agentliyinin xəbərinə görə, yığıncaqda, Fələstində baş verən son hadisələr, 1948-ci ildə işğal olunmuş ərazilərdə cihad əməliyyatları ilə bağlı baş verənlər və son bir neçə gündə həyata keçirilən əməliyyatlar müzakirə edilib.
Qeyd edək ki, 27 yaşlı fələstinli gənc, çərşənbə axşamı axşam Təl-Əvivin Bəni Brok rayonunda sionist məskunlaşmaçılara qarşı müqavimət əməliyyatı zamanı azı 5 sionisti öldürüb, üç nəfəri isə yaralayıb.
Fələstin İslami Cihad Hərəkatının baş katibi və Seyid Həsən Nəsrullah, bölgədəki vəziyyəti, regional və beynəlxalq hadisələri və Fələstin məsələsi ilə bağlı düşüncələrini dəyərləndiriblər.