Fələstin İslami Cihad Hərəkatı ABŞ-ın Yəmənin Ənsarullah Hərəkatını terror təşkilatları siyahısına salmasını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İslami Cihad bəyan edib ki, Amerikanın bu hərəkətləri bu ölkənin xalqlar üzərində hökmranlıq etmək istədiyini və bu xalqları özünə tabe etmək üçün əsl terrorizmə əl atdığını sübut edir.
İslami Cihad Hərəkatı işğalçı sionist düşmənə qarşı Fələstin xalqının tərəfində vuruşan Yəmən xalqını və Ənsarullahı salamlayıb.