11.03.2022 13:48:03
Fələstin Mücahidləri Hərəkatının baş katibi İran İslam Respublikası və Livan Hizbullahının Fələstin xalqına dəstəyini və müqavimətini yüksək qiymətləndirdiklərini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Mücahidləri Hərəkatının baş katibi Əsəd Əbu Şəriə verdiyi açıqlamada, Livan Hizbullahı və İran İslam Respublikasını təqdir edərək, İran kimi heç bir ölkənin Fələstin və Qüdsün azad edilməsini dəstəkləmədiyini bildirib.
Əbu Şəriə Amerika və müttəfiqlərinin İran və Livan Hizbullahına qarşı tətbiq etdiyi sanksiyalar və təzyiqlərə işarə edərək, İran İslam Respublikası və Livan Hizbullah Hərəkatının Fələstin və müqavimət qruplarını dəstəklədikləri üçün sanksiyalara məruz qaldıqlarını vurğulayıb.
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli üzvü Sami Əbu Zuhri bu yaxınlarda bildirib ki, İran İslam Respublikasını digər ölkələrdən fərqləndirən əsas xüsusiyyət onun Fələstin davasına açıq-aşkar dəstəyidir.
Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, İran İslam Respublikasının hər zaman Fələstin xalqını və müqavimət qruplarını dəstəklədiyini vurğulayaraq, İranın bu gün HƏMAS-ın güclənməsində əsas rol oynadığını qeyd edib.