“Cari ildə İsrail qüvvələrinin təcavüzü nəticəsində fələstinli şəhidlərin sayı 174-ə çatıb.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat verib.
Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir:
Bu ilin əvvəlindən ölənlərin sayı 174-ə çatıb ki, onların 41-i uşaqdır.
İşğal altında qalan İordan çayının qərb sahilində 123, Qəzza zolağında ölənlər isə 51 nəfərdir.
Fələstin Səhiyyə Nazirliyi bu bəyanatı ötən gecə əl-Birə bölgəsində bir fələstinli gəncin İsrail qüvvələrinin atəşi nəticəsində ölməsindən sonra verib.