Fələstin ABŞ-ın İsrailin siyasəti qarşısında susqunluğunu pisləyib

Fələstin ABŞ-ın İsrailin siyasəti qarşısında susqunluğunu pisləyib

“ABŞ-ın sakit qalması fonunda İsrailin vəziyyəti gərginləşdirməsinə qarşı cavab addımları atacağıq.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas deyib.

O, ABŞ Dövlət katibi Antonio Blinkenlə telefon danışığında rəsmi Vaşinqtonun İsrailin işğal siyasəti ilə bağlı sakit qalmasını tənqid edib və gərginliyin yaradılması ilə bağlı Fələstin Muxtariyyətinin cavabsız qalmayacağını deyib.

Mahmud Abbas Fələstin ərazilərində İsrail qüvvələrinin fələstinlilərə qarşı zorakı addımlar atdığı, Qüds və əl-Əqsa məscidi ərazisində dini müqəddəs atributlara qarşı həddi aşdığını bildirib.

Beynəlxalq ictimaiyyətin İsraili qəbul edilmiş BMT qərarlarını yerinə yetirməyə vadar edə bilmədiyini deyən Mahmud Abbas gərginliyin artırlmasına cavabların olacağını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR