Fələstin ABŞ-ın Əbu Əqilənin qətli ilə bağlı bəyanatını pisləyib

Fələstin ABŞ-ın Əbu Əqilənin qətli ilə bağlı bəyanatını pisləyib

Fələstin Baş Prokurorluğu ABŞ-ın Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqilənin qətlində İsraili birbaşa ittiham edən bəyanatlardan istifadə etməməsinə reaksiya verib.

ABŞ Dövlət Departamenti, Əl-Cəzirə televiziyasının fələstinli müxbiri Şirin Əbu Aqilənin ölümünə səbəb olan güllə ilə bağlı başlatdığı məhkəmə-tibbi araşdırmada, güllənin mənbəyinin müəyyən edilə bilmədiyini, lakin fələstinli jurnalistin İsrail qüvvələri tərəfindən vurulduğu qənaətinə gəlinib.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Fələstin Baş Prokurorluğu ABŞ-ın hesabatı ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada ABŞ tərəfinin verdiyi açıqlamanın doğru olmadığı və qəribə hesab edildiyi bildirilib.

Əldə edilən dəlillərə görə Əbu Aqilənin qəsdən hədəf alındığına diqqət çəkən Baş Prokurorluq bildirib:

"ABŞ tərəfinin Əbu Əqilənin qəsdən hədəf alındığını göstərmək üçün heç bir əsasın olmadığı barədə bəyanatı qəbuledilməzdir".

Açıqlamada həmçinin ABŞ-ın Baş Prokurorluğun apardığı və cinayətin qəsdən törədildiyini göstərən araşdırmalardan xəbərdar olduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR