“Fitch Solutions” agentliyi (Fitch Beynəlxalq reytinq agentliyinin bölməsi) 2021-2025-ci illər üçün manatın ABŞ dollarına nisbətən orta məzənnəsini 1,83AZN/1$ səviyyəsində proqnozlaşdırır.
“2021-ci il üçün manatın dollara nisbətən orta məzənnəsi 1,7AZN/1$ səviyyəsində, 2022-ci ildə - 1,75AZN/1$ səviyyəsində, 2023-cü ildə -1,8 AZN/1$ səviyyəsində, 2024-cü ildə - 1,93AZN/$1 səviyyəsində, 2025-ci ildə isə – 1,98AZN/$1 səviyyəsində proqnozlaşdırırıq”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi “Fitch Solutions” agentliyinin icmalında qeyd olunur.
Eyni zamanda, “Fitch Solutions” 2026-2030-cu illər üçün manatın dollara nisbətən orta məzənnəsini 2AZN/1$ səviyyəsində proqnozlaşdırır.
Hazırda manatın dollara nisbətən məzənnəsi 1,7AZN/$1 təşkil edir və son 4 il ərzində dəyişmir. 2021-ci ildə Azərbaycan hökuməti məzənnəni 1,7AZN/$1 səviyyəsində proqnozlaşdırır.
“Fitch Solutions” – Fitch Qrupunun bölməsidir. Əsas fəaliyyət istiqaməti təsbit edilmiş gəlirli alətlər sahəsində məhsuil və xidmətlərin yaradılması və bazara geniş spektə malik məlumatların, analitik alətlərin və müvafiq xidmətlərin təqdim edilməsidir.