Fiolosof Aleksandr Dugin: Xristian qadın yaylıqlıdır, dinin olduqca ciddi tələbidir

Fiolosof Aleksandr Dugin: Xristian qadın yaylıqlıdır, dinin olduqca ciddi tələbidir

Rus alim, filosof və mütəfəkkir Aleksandr Dugin maraqlı açıqlamaları ilə yadda qalıb

Rasthaber Azərbaycan  “Islam Today”-a istinadən xəbər verir ki, rus alim, filosof və mütəfəkkir Aleksandr Dugin hesab edir ki, Fransada hicab uğrundakı mübarizənin islamla yanaşı, xristianlıq üçün də dərin mənaları var.

“Fransadakı yaylıqlar barədə bəhs (və ya hicab uğrundakı döyüş) olduqca dəqiq və olduqca incədir. Çünki bu, sekulyar olanın dindar olanı qəbul etməməsinə dair çəkişmədir”, – deyə Dugin Maksim Şevçenko ilə söhbətində bildirib.

Onun sözlərinə görə, ənənəvi xristian qadınlar hər zaman örpək örtüblər.

“Əgər biz ənənəvi xristian qadının tərzinə baxsaq, həmin qadın yaylıqlıdır. Bu, xristianlığın olduqca ciddi tələbidir. Örpəksiz və ya qısa yubkalı qadın xristianlıq nöqteyi-nəzərindən anomaliyadır”, – deyə Duqin qeyd edib.

Filosof hesab edir ki, hicabla mübarizə fransız kimliyi uğrundakı mübarizə deyil, çoxəsrlik ənənə formalarını qoruyub saxlamağa çalışan mədəniyyətə qarşı mübarizədir.

“İslam hicabına paltarın olmaması, yaylığın olmaması qarşı qoyulur. Yəni bu, heç bir dini, diniliyi olmayan mədəniyyət nümayəndələrinin bu diniliyi qoruyub saxlamış mədəniyyətə nihilist hücumudur”, – deyə o bildirib.

Mütəfəkkir yaylığın müsəlman və xristianları birləşdirən faktor olduğuna, hicab qadağasının eyni şəkildə bu iki dinə qarşı yönəldiyinə əminliyini ifadə edib.

O deyib ki, müsəlman qadınlar və ənənəvi xristian qadınlar geyim tərzinə görə olduqca yaxındırlar. Bu, hətta onların “yaylıqları qatlayıb sancaqlamasında da” özünü izhar edir.

“Bu, qədim təməllərin dərin birliyidir. Bu, müsəlman və xristianları ayırmır, birləşdirir. Örpəklər birləşdirməlidir, yaylıq taxma qadağası isə təkcə anti-islami deyil, həm də dərin anti-xristian problemidir”, – deyə o vurğulayıb.

Dugin ənənəvi dəyərlərlə mübarizə aparanları Dəccal tərəfdarları adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR