"Financial Times": Qərb Rusiyanı beynəlxalq səviyyədə təcrid edə bilmir

Qərb Asiya, Afrika, Latın Amerikası və Ərəb Şərqi ölkələrində ekzistensial təhlükə kimi qəbul edilməyən Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyanın beynəlxalq təcridinə nail ola bilmir.

Az.rasthaber.com-un SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Britaniyanın “Financial Times” qəzetinin köşə yazarı Lyus ABŞ-ın maliyyə və siyasətinə dair həftəlik buraxılışında bildirib.

Məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın tələblərinə baxmayaraq, İndoneziya hakimiyyətindən noyabrda keçiriləcək iyirmilik qrupunun (G20) sammitində iştirak etmək üçün dəvət alıb. Afrika Birliyinin 55 liderindən isə yalnız dördü Qərbdə ulduz və qəhrəman kimi qəbul edilən Ukrayna prezidenti Volodimir Zelenskinin videomüraciətini dinləyib. 

Müəllif qeyd edir ki, qeyri-Qərb ölkələrinin əksəriyyəti strateji muxtariyyətə can atır və Ukraynadakı vəziyyət onların dünyanı çoxqütblü görmək istəyini yalnız gücləndirir.

Materialın müəllifi qeyd edir ki, Çin və Hindistan artıq Rusiya Federasiyasına Qərb ödəniş sistemlərinə alternativ tapmaqda, Rusiya xammalının daşınması və satılmasında kömək edir və bununla da Qərbin Moskvanı təcrid etmək cəhdlərinin qarşısını alır.

Lyus hesab edir ki, Vaşinqton inkişaf etməkdə olan ölkələrin maraqlarına diqqətlə yanaşmalı, ərzaq təhlükəsizliyi uğrunda mübarizədə özünü dünya lideri kimi sübut etməlidir və bütün dünyada COVID-19 vaksinlərinin istehsalını qurmalıdır. Həmçinin Ağ Ev Çinin artan nüfuzuna mane olmaq və daha çox ölkəni ABŞ-ın Rusiyaya dair kursunu dəstəkləməyə inandırmaq üçün patentləri ləğv etməlidir. 

Həftəlik buraxılışın digər müəllifi olan amerikalı yazıçı Rana Faruharın fikirləri isə Lyuisin fikirləri ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, Amerika siyasətçiləri qeyd olunan məsələlərdə sadəlövh deyil. yazıçı bildirib ki, Vaşinqton yaxşı başa düşür ki, dünya çoxqütblüyə doğru gedir və ABŞ-ın ticarət siyasətini yeni çoxqütblü dünyada transformasiya etməyə hazırlaşır.

Xəbəri paylaş

VİDEOLAR