Filippində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 29-a yüksəlib

Filippində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 29-a yüksəlib

Filippində tüğyan edən ''Doksuri'' və ''Khanun'' fırtınaları nəticəsində həyatını itirənlərin sayı 29-a yüksəlib, 165 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) ölkənin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Birliyinin bəyanatına istinadən yaydığı xəbərə görə, fırtına ölkənin bir çox bölgəsində həyatı iflic edib.

Fırtınanın səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 29-a yüksəlib, daha 164 adam yaralanıb. İtkin düşən 11 nəfərin tapılması iqtiqamətində axtarış-xilasetmə əməliyyatları aparılır. Fırtına səfəbindən 57 mindən çox insanın təxliyə edildiyi bildirilir.

Minlərlə insanı yurd-yuvalarından didərgin salan fırtınalar elektrik enerjisinin kəsilməsinə səbəb olub, həmçinin əkin sahələrinə və 56 minə yaxın evə ziyan vurub.

Xəbəri paylaş

VİDEOLAR