Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi: İsrail Suriyadan çıxmalıdır

Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi: İsrail Suriyadan çıxmalıdır

Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi sionist rejimin Suriyadakı təcavüzünü pisləməklə yanaşı, bu rejimin Suriya ərazisindən çıxmasını tələb edib.

Az.rasthaber.com xəbər verir ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Bədəyvi Ər-Riyadda Suriya üzrə ərəb-beynəlxalq toplantının açılışında deyib: “İsrail rejiminin Suriyaya təkrarlanan hücumlarını pisləyirik.”

O, vurğulayıb: “İsrail bütün Suriya torpaqlarından çəkilməli və Qolanın işğalına son qoymalıdır.”

“Biz Suriyaya qarşı sanksiyaların ləğvini tələb edirik” - deyə, Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR