Fanatik yəhudilərin Məscidül-Əqsaya basqınları davam edir

Fanatik yəhudilərin Məscidül-Əqsaya basqınları davam edir

Yüzlərlə fanatik yəhudi işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya “Çadır bayramı” bəhanəsi ilə basqın edib.

Az.rasthaber.com xəbər verir ki, işğal altında olan Şərqi Qüdsün Köhnə Şəhərdə səhər namazından sonra iştirakını artıran sionist İsrail polisi dəmir maneələrlə nəzarət-buraxılış məntəqələri yaradaraq fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verməyib.

Səhər saatlarından başlayaraq yəhudilər Sukkot üçün xüsusi olaraq taxta çubuqlara bükülmüş bitkilərlə İçəri Şəhərə gəlirdilər.

Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, Sukkot ayının altıncı günündə səhər 832 və günortadan sonra 346 olmaqla cəmi 1178 fanatik yəhudi qruplar İsrail polisinin nəzarəti altında Məscidül-Əqsaya basqın edib.

Belə ki, sentyabrın 29-da başlayan Sukkot bayramı bəhanəsi ilə indiyədək 5 min 403 fanatik yəhudi köçkün Məscidül-Əqsaya daxil olub.

Xəbəri paylaş

VİDEOLAR