Fələstinin 1948-ci ildə işğal olunmuş bölgəsində yerləşən Nəkab bölgəsinin Rahat şəhərində, dünən (20 mart bazar günü) fanatik yəhudi yaraqlıları bir fələstinliyə hücum edərək, onu avtobusunda yandırmağa cəhd edib.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, Nakab Ərəbləri Ali Rəhbərlik Komitəsinin təşkilatçısı Cuma Əz-Zəbariqa, 4 yəhudi yaraqlının avtomobildən düşərək Salah Əbu Zayidin (48 yaşlı) idarə etdiyi avtobusun qarşısını kəsdiyini və onun nəfəs almaqda çətinlik çəkməsinə səbəb olacaq dərəcədə gözyaşardıcı qazdan istifadə etdiyini bildirib:
"Avtobus sürücüsü yaraqlıların öz aralarında ivrit dilində avtobusu içindəki sürücü ilə birlikdə yandırmaq barədə danışdıqlarını, ancaq içəridə başqa bir sərnişinin də olduğunu gördükdən sonra çıxıb getdiklərini bildirdi".
Zəbariqa qeyd edib ki, İsrail polisi xəstəxanada avtobus sürücüsünə hadisə ilə bağlı məhkəmə işindən əl çəkməsi üçün təzyiq göstərib. O həmçinin bildirib ki, bu məsələdən əl çəkməyəcək, çünki işğal polisi bu yaraqlılarla əməkdaşlıq edir.