Fanatik yəhudi mühacirlər polisin müşayiəti ilə Məscidül-Əqsaya basqın ediblər

Fanatik yəhudi mühacirlər polisin müşayiəti ilə Məscidül-Əqsaya basqın ediblər

Yüzlərlə fanatik yəhudi mühacirlər sionist rejim polisinin müşayiəti ilə ibrani təqvimi ilə dini yeni il "Roş-Ha-Şana" bəhanəsi ilə işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın ediblər.

Az.rasthaber.com xəbər verir ki, işğalçı rejim polisi səhər saatlarında Məscidül-Əqsanın həyətinə daxil olub və yəhudi mühacirləri içəri buraxmazdan əvvəl bəzi fələstinliləri zorla ərazidən uzaqlaşdırıb.

Daha sonra yüzlərlə fanatik yəhudi köçkün sionist rejim polisinin nəzarəti altında qruplar halında Məscidül-Əqsaya basqın edib.

Məscidül-Əqsada qalan fələstinlilər və müsəlmanlar yəhudi mühacirlərin basqınına təkbir söyləyərək reaksiya veriblər.

Bunun üzərinə işğalçı qüvvələr Məscidül-Əqsanın Silsilə qapısı yaxınlığında yəhudi köçkünlərə reaksiya verən bəzi fələstinlilərə güc tətbiq edərək müdaxilə edib.

Xəbəri paylaş

VİDEOLAR