İran İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami deyib: “Fəaliyyətimizin əsas məqsədi düşməni məğlub etməkdir və biz düşməni məğlub etmək üçün güc yaradırıq”.
Az.rasthaber.comxəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Səlami Əbu Mehdi əl-Mühəndis hərbi gəmisinin İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimindəki çıxışında deyib:
"İran İslam Respublikası müharibənin əsas və həlledici mərhələsi kimi dənizin əhəmiyyətini dərk edərək, adi dəniz güclərindən fərqli bir dəniz gücü yaratmağa, inkişaf etdirməyə və tamamlamağa çalışır".
General-mayor Selami daha sonra deyib:
"Bu gücləndirmə dünyanın ən böyük dəniz gücləri ilə qarşılaşacağımız ehtimalı ilə planlaşdırıldı".
General-mayor Səlami deyib:
“Fəaliyyətimizin əsas məqsədi düşməni məğlub etməkdir. Biz gücü məğlub olmaq üçün deyil, düşməni məğlub etmək üçün yaradırıq".