“EuroHome” bazarında yanğın baş verib - VİDEO

“EuroHome” bazarında yanğın baş verib - VİDEO

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən APA-ya verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.

Nazir yanğının söndürülməsi üçün görülən işlərlə tanış olub, lazımı tapşırıqlar verib.

Xəbəri paylaş

VİDEOLAR