Etirazçılar Bağdadda kürd partiyalarının ofislərini yandırdı

Etirazçılar Bağdadda kürd partiyalarının ofislərini yandırdı

Bağdadda “Kürdüstan Demokratik Partiyası”nın ofisi və ona bağlı nümayəndəliklər yandırılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gecə Bağdadda “Kürdüstan Demokratik Partiyası”nın ofisi və ona bağlı bir neçə nümayəndəlik etirazçılar tərəfindən yandırılıb.

Etirazçılar adıçəkilən partiyanın tanınmış üzvü Nayif əl-Kürdüstaninin İraqın din alimlərini təhqir edən paylaşımından sonra bu addımı atıblar.

Bu arada İraqın şimalında Kürdüstan Regional Hökumətinin Daxili İşlər Nazirliyi Nayif əl-Kürdüstaninin saxlanılması barədə Məhkəmə tərəfindən qərarın gözlənildiyini bəyan edib.

“Kürdüstan Demokratik Partiyası” bəyanat yayaraq, tanınmış üzvü Nayif əl-Kürdüstaninin açıqlamasını pisləyib, onun və fikirlərinin partiyanı təmsil etmədiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR