Ermənistanda fəaliyyət göstərən "5-ci kanal"ın sahibi Armen Tavadyan saxlanılıb
Rasthaber Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən "NEWS.am"a bildirilib.
Qeyd edilir ki, Tavadyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarı Varujan Mkrtçyanın cinayət işi çərçivəsində saxlanılıb.
Varujan Mkrtçyana qarşı satın alma və ya yalan ifadə verməyə məcbur etmə və digər maddələr üzrə ittihamlar irəli sürülüb. O, şübhəli şəxs kimi saxlanılıb.