Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Paşinyanın Sünik vilayətinə səfərini pozan sakinləri salamlayıblar.
Rasthaber Azərbaycan Erməni mediasına istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin 20-yə yaxın müxalifət partiyasının təşkil etdiyi mitinq Yerevandakı Respublika meydanından start götürüb.
Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Paşinyanın Sünik vilayətinə səfərini pozan sakinləri salamlayıblar.
“Biz Türkiyənin “5-ci kolonundan” xilas olmayınca onların başlatdığını davam etdirməliyik “, – deyə təşkilatçılardan biri olan politoloq Andranik Tevanyan bildirib.
“Daşnaktsutyun” terror partiyasının rəsmisi Qeqam Manukyan “Nikolsuz Ermənistan” şüarını “Onsuz Ermənistan” ilə əvəzləməyi təklif edib.
“Bu ad insanları qıcıqlandırır”, – deyə Manukyan qeyd edib və təxribatlara uymamağa səsləyib.
Xatırladaq ki, işğalçı Ermənistan rejiminin biyabırçı məğlubiyyətindən sonra erməni cəmiyyəti Paşinyanın istefasını tələb edir.