Ermənistanda koronavirusa yoluxanların sayı 1339-a çatıb.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 48 nəfər artıb.
Bundan əlavə, Ermənistanda koronavirusdan daha iki nəfər ölüb. Bununla da ölənlərin sayı 22-yə çatıb. Xəstəlikdən sağalanların sayı 580-nə çatıb.
Hazırda Ermənistanda 737 nəfər virusdan müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 114 mindən çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.