Ermənistanda koronavirusdan daha bir nəfər ölüb

Ermənistanda koronavirusdan daha bir nəfər ölüb

Ermənistanda yeni növ koronavirusdan (COVİD-19) daha bir nəfər ölüb.

Trend-in "Krasnaya vesna"ya istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Alina Nikoqosyan deyib.

Onun sözlərinə görə, koronavirusdan dünyasını dəyişən 78 yaşlı qadın olub.

Bildirilir ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 6 nəfər çatıb, yoluxan şəxslərdən 5-nin vəziyyəti ağırdır.

Ölkədə koronavirusa yoluxanların sayı isə 663 nəfərdir.

Xəbəri paylaş

VİDEOLAR