Ermənistanda daha 30 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” erməni mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Beləliklə, Ermənistanda koronavirus daşıyıcılarının sayı 190-a çatıb.
Qeyd edək ki, dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb. Hazırda dünya üzrə 307 277 yoluxma halı qeydə alınıb, 92 372 nəfər sağalıb, 13 048 nəfər dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.