Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi, 1992-ci il təvəllüdlü Gevork Avetyanın ölümü ilə bağlı cinayət işi ilə əlaqədər onun iki yoldaşı həbs edilib.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan feysbukda məlumat verib.
Bəzi KİV-lər ölən əsgərin valideynlərinə istinadən onun bədənində zorakılıq izlərinin tapıldığını yazıblar.