Ermənistanda hərbçilərin olduğu maşın aşdı: Ölən və yaralananlar var

Ermənistanda hərbçilərin olduğu maşın aşdı: Ölən və yaralananlar var

Ermənistanın Syünik vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 10-da saat 01:00 radələrində İrəvan-Mehri yolunun 222-ci kilometrliyində qeydə alınıb.

İçərisində hərbçilərin olduğu avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Qəzaya düşən hərbçilərin hamısının eyni hərbi hissədə xidmət etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş

VİDEOLAR