Ermənistanda daha bir istefa: Hərbi polis rəisindən şübhələnirlər

Ermənistanda daha bir istefa: Hərbi polis rəisindən şübhələnirlər

Ermənistan Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin rəisi Aşot Zakaryan tezliklə istefaya göndəriləcək.

Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, onun istefaya göndərilməsinin oktyabrın 10-da başa çatan müqaviləsi ilə yanaşı, Milli Təhlükəsizlik Xidmətində aparılan silah işi ilə bağlı aparılan araşdırma ilə bağlı olduğu bildirilir.
 
Qeyd edək ki, bu araşdırma çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan və iş adamı David Qalstyan həbs olunublar.
 
Hərbi polisdəki mənbələr bildiriblər ki, Zakaryan hazırda bülleten götürdüyü üçün onun istefaya göndərilməsi gecikir, hərbi polisə isə müvəqqəti rəis də təyin olunub.
 
Zakaryan isə açıqlama verərək istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
 
Xatırladaq ki, keçmiş müdafiə naziri Tonoyan sentyabrın 30-da istifadəyə yararsız aviasiya raketlərinin alınması ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilib. İstintaq Tonoyan və Qalstyanı 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.

Xəbəri paylaş

VİDEOLAR