Ermənistanda bir gündə 711 nəfər koronavirusa yoluxdu

Ermənistanda bir gündə 711 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 21717-yə çatıb

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 711 nəfər artıb.

Ermənistanda son gündə daha 14 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 386-ya çatıb. Xəstəlikdən sağalanların sayı 10 797 olub. Hazırda bu ölkədə olan 10404 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,2 milyonu keçib, 474 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri paylaş

VİDEOLAR