Ermənistanda bir gündə 2 381 nəfər koronavirusa yoluxdu, 41 nəfər ölüb

Ermənistanda bir gündə  2 381 nəfər koronavirusa yoluxdu, 41 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 89 813 nəfərə çatıb.

Məlumatına görə, son sutka ərzində 2 381 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 41 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 341 nəfər koronavirusdan ölüb, 32 788 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Xəbəri paylaş

VİDEOLAR