Ermənistan XİN: Türkiyə ilə sərhədə özümüz nəzarət etməliyik

Ermənistan XİN: Türkiyə ilə sərhədə özümüz nəzarət etməliyik

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidməti dayandıra bilər.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

"İdeal dünyada hər bir ölkə öz sərhədinə nəzarət etmək iqtidarında olmalıdır", - o, ABŞ-nin sərhəd təhlükəsizliyi üzrə xüsusi qrupunun Ermənistana səfəri və fəaliyyətinin Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılmasına səbəb olub-olmayacağı barədə suala belə cavab verib.

Nazir müavini qeyd edib ki, Ermənistan tərəfi bu mövzunu İranla müzakirə edib və heç bir narahatlıq ifadə olunmayıb.

P.Ovannisyanın sözlərinə görə, ABŞ-nin dəstəyi Ermənistan tərəfinin sərhəd nəzarətini təmin etmək imkanlarının artırılmasına yönəlib.

Jurnalistin bu dəstəyin Rusiya sərhədçilərinin çıxarılmasına yönəlib-yönəlmədiyi barədə dəqiqləşdirici sualına XİN başçısının müavini müsbət cavab verib.

Qeyd edək ki, Rusiya sərhədçiləri bu ilin yanvarından Ermənistanın İranla sərhədində yerləşən "Aqarak" buraxılış məntəqəsində xidmət aparmağı dayandırıblar (Rusiya sərhədçiləri ilə yalnız birgə patrul həyata keçirilir).

Xəbəri paylaş

VİDEOLAR