Rəsmi İrəvan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla münasibətləri nizamlamaq üçün xüsusi nümayəndə təyin edəcəyi barədə açıqlamasını alqışlayır və dialoqa başlamaq üçün öz nümayəndəsini təyin edəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan “Facebook” səhifəsində yazıb.
O, Türkiyə tərəfinin açıqlamasını müsbət dəyərləndirib və erməni tərəfinin də öz növbəsində xüsusi nümayəndə təyin edəcəyini söyləyib. Unanyan Türkiyə ilə dialoqa başlamağa hazır olduqlarını qeyd edib.
Həmçinin oxu: Çavuşoğlu: Ermənistanla normallaşma çərçivəsində bir sıra addımlar atılacaq