Ermənistan prezidenti İsraildə səfirlik binasının açılması ilə bağlı qərar verdi

Ermənistan prezidenti İsraildə səfirlik binasının açılması ilə bağlı qərar verdi

Ermənistan hökuməti İsraildə səfirlik açmaqla bağlı qərar verib.

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan İsraildə səfirlik açılması ilə bağlı qərar verib.

Bu haqda həm İsrail, həm də Ermənistan mediası məlumat yayıb.

Erməni prezidentin qərarında deyilir ki, 31 mart 2018-ci ildə imzalanmış qərarda,  Ermənistanın İsraildə təyin edilmiş səfiri Armen Smbatyanın igamətgahı Yerevan sözü, Təl-Əviv ilə dəyişdirilib. 

Ermənistan 2018-ci ildə İsraildə səfir təyin etsə də, göründüyü qədər İran ilə əlaqələri pisləşdirmək istəməyib.

Koronavirusla bağlı Ermənistanın İranla olan sərhədlərini bağlaması  bu qərarın, yəni Ermənistanın Təl-Əvivdə diplomatik korpusunun açılmasına stimul verib. Qeyd edək ki, İsrailin də Ermənistanda birbaşa səfirliyi yoxdur. Diplomatik əlaqələr müxtəlif vaxtlarda Misir və Fransadakı diplomatlar vasitəsilə həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR