Bu gün Ermənistanda parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçiriləcək.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan da iştirak edəcəklər.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, deputatların ən azı 20 faizi bu məsələ ətrafında müzakirə aparmağı təklif edib.