Ermənistan İranla sərhədi bağladı

Ermənistan İranla sərhədi bağladı

bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, Ermənistan koronavirus təhlükəsinə görə İranla quru sərhədini bağlayır, eyni zamanda aviaəlaqəni də kəsir.

Sputnik Ermənistan bildirir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.

Məlumata görə, məhdudiyyət iki həftə davam edəcək.

""Dövlət sərhədi haqda" qanunun epidemiya halında sərhəd əlaqələrinin kəsilməsinə dair 16-cı maddəsinə istinadən, hökumət İranla əlaqələrin iki həftə müddətinə dayandırılmasına dair növbədənkənar şifahi qərar qəbul edəcək", - Paşinyan yazıb.

Fevralın 24-də səhər koronavirusun yayılması ilə mübarizə komissiyasının iclası keçiriləcək. Burada mümkün ssenarilər və bu tədbirdən çıxış edərək növbəti addımlar müzakirə olunacaq. Komissiya yanvarın 31-dən fəaliyyət göstərir.

"İstənilən halda, vurğulamağı borc bilirəm ki, panika üçün heç bir əsas yoxdur. Belə fəaliyyət təhlükəlidir", - nazir yazıb.

İranda koronavirusa yoluxanların sayı 43-ə çatıb, bunlardan 8-i ölüb.

Xəbəri paylaş

VİDEOLAR