Rasthaber Azərbaycan xəbər verir ki, Ermənistan ordusu oktyabrın 17-də gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Rəsmi açıqlamaya görə, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.