Ermənistan fasiləsiz şəkildə Rusiyada silahlar alır

Ermənistan fasiləsiz şəkildə Rusiyada silahlar alır

Bu barədə işğalçı Ermənistan rejiminin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, Rusiya 2020-ci ilin noyabr ayından Ermənistana hərbi arsenalın müasirləşdirməsi üçün silahlar göndərir.

Onun sözlərinə görə, yaxın zamanda Ermənistan ordusu tam müasirləşdiriləcək.

“2020-ci ilin noyabrından başlayaraq, biz arsenalımızın müasirləşdirilməsi və yenilənməsi üçün silahlar əldə etdik və məlum proses fasiləsiz olub. Ermənistan hakimiyyəti ordunu tam şəkildə müasirləşdirmək niyyətindədir və bu vəzifə maksum qısa müddətdə həll ediləcək”, - deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, bu həftə Ermənistan rejimi proqramını dərc edib. Həmin proqramda silahların müasirləşdirilməsi məqsədi təyin edilir. Ermənistan bu proqram üzrə Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Proqram “birgə güclərin (sistemlərin) hərbi potensialının artırılması və iki ölkə SQ-ların maksimum qarşılıqlı əlaqəsinin təminatına” yönəlib.

Xəbəri paylaş

VİDEOLAR