Ermənilərin hücumu zamanı 3-ü uşaq olmaqla 24 mülki vətəndaş şəhid olub

Ermənilərin hücumu zamanı 3-ü uşaq olmaqla 24 mülki vətəndaş şəhid olub

Sentyabrın 27-dən indiyə qədər ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması nəticəsində həlak olan 24 nəfərin 3-ü uşaqdır.

Rasthaber xəbər verir ki,  bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

G.Səlimzadə qeyd edib ki, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs şəhid olub. Onlardan beşi qadın, üçü uşaqdır.

“Düşmənin atəşi nəticəsində xəsarət 121 nəfər xəsarət alıb, onların 30-u qadın, 7-si isə uşaqdır.”, – deyə Prokurorluğun mətbuat xidmətinin rəhbəri qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR