Erməni deputat: Ermənistan əldən gedir, hərəkətə keçməliyik

Erməni deputat: Ermənistan əldən gedir, hərəkətə keçməliyik

Ermənistanın "Şərəfim var" müxalifət fraksiyasının üzvü Taqui Tovmasyan parlamentdəki müxalifət liderlərini mandatdan imtina etməyə çağırdı.

Az.rasthaber.com "Sputnik"-ə istinadən xəbər verir ki, Ermənistanın "Şərəfim var" müxalifət fraksiyasının üzvü Taqui Tovmasyan parlamentdəki müxalifət qüvvələrinin liderlərini mandatdan imtina məsələsini müzakirə etməyə çağırıb.
 
Tovmasyan bu barədə öz "Facebook" səhifəsində yazıb.
 
"Ölkənin dəhşətli vəziyyətdə olduğu bir vaxtda bizim, qanun yaradıcılarının effektli işləməsi qeyri-mümkündür. Təəssüflər olsun ki, ilkin mandata malik parlament ölkəsinin deputatları kifayət qədər səy göstərə və dövlətimizdə bu yolverilməz vəziyyətin qarşısını ala bilmirlər. Təklif edirəm ki, müxalifət liderləri tez bir zamanda, məsələn, mandatdan imtina imkanlarını müzakirə etsinlər. Əvvəlcədən də bəyan etsinlər ki, mandatı qəbul edənlərin hamısı vətən xaini hesab olunsun. Hörmətli həmkarlar, biz cəld hərəkətə keçməliyik, vətən əldən gedir", – deyə o öz müraciətində bildirib.
 
Tovmasyan onu da vurğulayıb ki, mandatdan imtina etmək mübarizənin yalnız bir variantıdır. Müzakirə prosesində başqa formatlar da ortaya çıxa bilər. Onun sözlərinə görə, hər bir halda, konsensus qərara ehtiyac var.

Xəbəri paylaş

VİDEOLAR