Emosiya ölçən detektorlar uyğurlar üzərində sınaqdan keçirilib - İDDİA

Emosiya ölçən detektorlar uyğurlar üzərində sınaqdan keçirilib - İDDİA

Süni intellekt proqramı vasitəsiylə insanın emosional durumunu müəyyən edə bilən kamera sistemi Sincandakı uyğurlar üzərində sınaqdan keçirilib

Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda BBC geniş məlumat dərc edib.

Qeyd olunur ki, belə sistemləri polis bölmələrində şəxsən quraşdırdığını deyən proqram mühəndisi ilə danışıb. Müvafiq dəlillərlə tanış olan insan haqları müdafiəçisi bunların "şok edici" olduğunu söyləyib, BBC müxbiri Jane Wakefield-in məlumatında deyilir.

Çinin Britaniyadakı səfirliyi iddialara birbaşa cavab verməsə də, bütün etnik qrupların siyasi və sosial hüquqlarının təmin olunduğunu bildirib.

"Sincanda bütün etnik qrupların siyasi, iqtisadi və sosial hüquqları və dini etiqad azadlığı tam təmin edilir. İnsanlar etnik mənsubiyyətlərindən asılı olmayaraq, fərdi azadlıqlarını məhdudlaşdırmadan ahəngdar, sabit və dinc həyat yaşayırlar".

Sincanda 12 milyona yaxın uyğur yaşayır, onların əksəriyyəti müsəlmandır.

Yerli uyğurlar nəzarət altındadır. Burada insan hüquqları fəallarının maksimum təhlükəsizlik düşərgəsi adlandırdıqları "təkrar təhsil" mərkəzləri mövcuddur. Belə düşərgələrdə bir milyondan çox insanın saxlanıldığı təxmin edilir.

Pekin "öz dövlətlərini yaratmaq istəyən separatçıların terror hücumlarında yüzlərlə insanın öldüyünə" görə belə tədbirlərin zəruri olduğunu bildirir.

BBC-nin Panorama verilişinə müsahibə verən proqram mühəndisi təhlükəsizliyinə görə narahat olduğu üçün anonimlik şərtilə danışıb. O, emosional durumu müəyyən edən cihazların "sınandığı" beş uyğur məhbusun fotoşəklini təqdim edib.

"Laboratoriyalarda siçanlar necə təcrübə obyekti kimi istifadə edilirsə, Çin hökuməti də o cür uyğurlar üzərində müxtəlif sınaqlar aparır" o deyib.

"Kamera adamdan üç metr məsafədə quraşdırılır, o, yalan detektoruna oxşayır, amma daha mükəmməldir".

Onun sözlərinə görə, süni intellekt sistemi qarşısındakı insanın üz ifadələri və dərinin səthindəki məsamələrdə yaranan ani dəyişiklikləri aşkarlayıb təhlil etməyə qadirdir. Bu, monitordakı mənfi əhval-ruhiyyəni və ya narahatlığı müxtəlif rənglə ifadə edən diaqramda göstərilir.

BBC-nin müsahibinin iddiasına görə, "mühakimə üçün etibarlı dəlil" olmayanda, bu proqramdan istifadə nəzərdə tutulub.

Human Rights Watch təşkilatının Çin üzrə direktoru Sophie Richardson materialların "şok edici" olduğunu deyib.

Onun sözlərinə görə, insanlar "diaqram dairəsi şəklinə salınır", xüsusilə də "güclü stress, böyük təzyiq və ya əsəbi" olduğu anda. Bu isə günahkarlığın göstəricisi kimi qəbul edilir və düşünürəm ki, bu, çox problemlidir, Sophie Richardson bildirib.

Hesab olunur ki, dünya boyunca mövcud olan 800 milyona yaxın müşahidə kamerasının təxminən yarısı Çində quraşdırılıb.

Xəbəri paylaş

VİDEOLAR