ECOWAS Niger üsyançılarına sabaha qədər vaxt verib

ECOWAS Niger üsyançılarına sabaha qədər vaxt verib

Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) nümayəndələri Nigerdəki üsyançılara ultimatum təqdim edərək, onları avqustun 6-dək devrilmiş prezident Məhəmməd Bazuma hakimiyyəti qaytarmağa çağırıblar.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilir ki, 15 ölkədən ibarət ECOWAS Nigerə qarşı sanksiyalar tətbiq edib. Bir gün əvvəl Qərbi Afrika ölkələri icmasının nümayəndələrindən ibarət nümayəndə heyəti danışıqlar aparmaq üçün Nigerin paytaxtı Niameyə gəlsə də, üsyançılar bundan imtina ediblər.

Bundan əvvəl Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum ABŞ və dünya ictimaiyyətini ölkədə konstitusiya quruluşunu bərpa etməyə çağırıb.

Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin, partiyaların hər hansı siyasi işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan edilib.

Xəbəri paylaş

VİDEOLAR