Düşmən alimlərimizdən qorxur - General Purdəstan

Düşmən alimlərimizdən qorxur - General Purdəstan

İran İslam Respublikası ordusunun stratejik mütaliələr və təhqiqat mərkəzinin rəhbəri düşmənlərin İranın elmi müstəqilliyindən qorxduqlarını vurğulayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası ordusunun stratejik mütaliələr və təhqiqat mərkəzinin direktoru, briqada komandani general Əhməd Rza Purdəstan düşmənin iranlı alimlərdən qorxduğunu deyib.

General deyib: "Şəhid Fəxrizadə əxlaqiyyat və elmi baxımdan olduqca dərin,  bəsirətli insan idi. Əslində düşmən qorxduğu və çaş-baş qaldığına görə bu böyük insana qarşı terror törətdi."

"Düşmənlər İranın elmi gücündən qorxurlar çünki elmi güc dünya imperialisminin qarşısında bir ölkənin müstəqillyinə sahə yaradır.", -deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR