"Dünya Ukraynadan kənardakı yerləri də görməlidir!"

Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, dünya bütün diqqətini Ukrayna böhranına yönəltməyə və digər regionlardakı humanitar böhranlara məhəl qoymamağa davam edərsə, Şərqi Afrikada "uşaq ölümlərinin sayı artacaq".

Az.rasthaber.com xəbər verir ki, BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında çıxış edən BMT Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrika üzrə regional direktorunun müavini Rania Daqaş Şərqi Afrika ölkələrində uşaqların qidalanma nisbəti ilə bağlı rəqəmləri bölüşüb.

"Əgər dünya Ukraynaya baxışını genişləndirməsə və təcili hərəkətə keçməsə, Şərqi Afrikada uşaq ölümlərində partlayış gözlənilir", - Daqaş bildirib.

Bölgədəki quraqlıq və qida çatışmazlığı səbəbindən son 5 ayda təcili qida ehtiyacı olan uşaqların sayının 15 faiz artdığını qeyd edən Daqaş deyib: “Efiopiya, Keniya və Somalidə 1 milyon 700 mindən çox uşağın qida təhlükəsizliyi səbəbiylə təcili müdaxiləyə ehtiyacı var".

Daqaş həmçinin bildirib ki, Somalidə 336 mindən çox uşaq aclıq təhlükəsi ilə üzləşib və təcili yardıma ehtiyacı var.

Bölgədə son 2 ildə 4 yağışlı mövsümün quraq keçdiyini deyən Daqaş bu vəziyyətə görə əkin və mal-qaranın tələf olduğunu, su ehtiyatlarının quruduğunu bildirib.

Daqaş UNICEF-in oktyabrda yağışlı mövsümün də quraq keçəcəyi və “region tarixində ən uzun quraqlıq” olacağı ilə bağlı proqnozlarını bölüşüb.

Ukrayna böhranı səbəbiylə bu iki ölkədən ərzaq ticarətinin kəsilməsinin Şərqi Afrikada artan qıtlığa səbəb olduğunu qeyd edən Daqaş, "Təkcə Somali buğdasının 92 faizini Rusiya və Ukraynadan idxal edir. Təchizat zənciri bağlanıb və müharibə davam edir. Ərzaq və neft qiymətləri də artıb. Efiopiya, Keniya və Somalidə insanlar yaşamaq üçün əsas ərzaq ehtiyaclarını belə ödəyə bilmirlər", - deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR