Dünya Müsəlman Alimləri Birliyi: İsrail və ona yardım edənləri boykot etmək vacibdir!

Dünya Müsəlman Alimləri Birliyi: İsrail və ona yardım edənləri boykot etmək vacibdir!

Dünya Müsəlman Alimləri Birliyinin İctihad və Fətva Komitəsi “İşğalçı düşmənə qarşı hərtərəfli boykot fitvası” başlıqlı bəyanat yayıb.

Az.rasthaber.com xəbər verir ki, bəyanatda aşağıdakı ifadələr yer alıb:

Oktyabrın 7-dən müqəddəs Fələstin torpağında müsəlmanlarla işğalçı sionist düşmən arasında davam edən şiddətli müharibə müsəlmanların torpağı bir olduğu üçün bütün ümmətin döyüşən düşmənin gücünü qırmaq üçün var gücü ilə hərtərəfli cihada getməsini tələb edir.

Müsəlmanlar İsrail işğalına son qoymaq üçün hərəkətə keçməlidir. Hökmdarların, idarə olunanların, elitaların və bütün müsəlmanların birləşdiyi nöqtə hər kəs üçün asan və əlçatan olan hərtərəfli boykotdur.

Sionist düşməni və ona kömək edənləri boykot etmək İslam şəriətinə görə bir öhdəlikdir.

İsrailə qarşı boykot siyasət, diplomatiya, iqtisadiyyat, media, turizm, təhsil, idman və düşməni zəiflədəcək bütün digər sahələri əhatə etməli, İslam ölkələri və onların xalqı düşmənlə əlaqələri kəsməlidir”.

Müsəlman Alimlər Birliyinin fətvasında İslam şəriətindən, xüsusilə Qurandan dəlillər İsrailə qarşı hərtərəfli boykot üçün səbəblər göstərilib.

Xəbəri paylaş

VİDEOLAR