Son 11 gün döyüşündə Qəzzaya böyük iqtisadi ziyan dəyib
"İsrailin 11 gün davam edən hücumları nəticəsində sarsılan Qəzzada təcili və qısamüddətli bərpa üçün 485 milyon dollar maliyyə yardıma zərurət var".
Rasthaber Azərbaycan trthaber-ə istinadla xəbər verir ki, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı tərəfindən hazırlanan hesabatda bu barədə məlumat yayılıb.
Qeyd edilib ki, İsrailin 11 gün davam edən hücumlarında 64-ü uşaq və 41-i qadın olmaqla 260 fələstinli həyatını itirib, Qəzza viran olub. Bölgədə (Qəzzada) dərhal və qısamüddətli bərpa üçün 485 milyon dollara ehtiyac var.
İsrail hücumlarının iqtisadiyyata ağır zərbə endirdiyi yazılan hesabatda iqtisadi itkinin 105-190 milyon dollar olduğu, fiziki ziyanla yanaşı bu rəqəmin 600 milyon dollara çata biləcəyi yazılıb.