Dünən sionist mühacirlər Ben Qvirlə birlikdə yenidən Məscidül-Əqsaya hücum ediblər

Dünən sionist mühacirlər Ben Qvirlə birlikdə yenidən Məscidül-Əqsaya hücum ediblər

Bir qrup sionist mühacirlər sionist rejimin radikal və ekstremist naziri İtamər Ben Qvirin müşayiəti ilə növbəti dəfə Məscidül-Əqsaya hücum ediblər.

Az.rasthaber.com xəbər verir ki, Məscidül-Əqsaya hücum edən Ben Qvir deyib: “Həmas təhdidlərinin bizə heç bir təsiri yoxdur və biz Qüdsün sahibiyik”.

Qeyd edilib ki, bu hücum sionist rejim polisinin təhlükəsizlik tədbirləri altında həyata keçirilib.

Sionist mühacirlər ötən cümə axşamı “bayraq yürüşü” bəhanəsi ilə Məscidül-Əqsaya hücum edərək, ərəblər əleyhinə şüarlar səsləndirərək namaz qılan fələstinlilərin qarşısında rəqs edib, mahnı oxuyublar.

Xəbər mənbələri sionist rejimin milli təhlükəsizlik naziri Ben Qvir, maliyyə naziri Bezalel Smotriç, energetika naziri Yisrael Katz və bu rejimin Knessetin təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Yuli Edelşteynin də “Bayraq yürüşü”ndə iştirak etdiyini elan ediblər. 

Ben Qvir sionist rejim qüvvələrinin dəstəyi ilə keçən ay bir qrup sionistlə birlikdə Məscidül-Əqsaya hücum edib.

Xəbəri paylaş

VİDEOLAR