Dünən Məscidül-Əqsada 50 min insan cümə namazı qılıb

Dünən Məscidül-Əqsada 50 min insan cümə namazı qılıb

İşğalçı qüvvələrin bütün maneələrinə baxmayaraq, 50 min fələstinli Məscidül-Əqsaya çataraq cümə namazını orada qıla bilib.

Az.rasthaber.com xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, işğalçı qüvvələrin bütün maneələrinə baxmayaraq, 50 min fələstinli Məscidül-Əqsaya çataraq cümə namazını orada qıla bilib.

Dünən səhər saatlarında məhbusların müqavimətinə dəstək və Məscidül-Əqsanı qorumaq üçün “Saatımız Qalxandır” şüarı ilə keçirilən Böyük Fəcr Yığıncağında izdiham meydana gəldiyi bildirilib.

Qüdsdəki mənbələrdən verilən məlumata görə, səhər saatlarından etibarən Qüds və İordan çayının qərb sahili bölgəsindən çox sayda insan cümə namazını Əl-Əqsa məscidində qılmaq üçün buraya axışıb.

İşğalçı qüvvələrin küçə və yolları bağladığı, sıx axtarışlar apardığı, nəqliyyatın hərəkətini ləngitdiyi və çoxlu sayda insanın gəlməsinə mane olduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR