Dünən 150 min nəfərlik camaat Məscidül-Əqsada cümə namazına toplaşıb

Dünən 150 min nəfərlik camaat Məscidül-Əqsada cümə namazına toplaşıb

İordaniya hökumətinə bağlı İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, Qüdsdə 100 min nəfərlik bir camaat dünən axşam Məscidül-Əqsada toplaşıb.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, işğalçı qüvvələrin dünən sübh namazında həyata keçirdiyi hücuma və onlarla insanın yaralanmasına baxmayaraq, 150 min nəfərlik camaat cümə namazına toplaşıb.

İşğal qüvvələrinin çox sayda fələstinlinin Məscidül-Əqsaya çatmasına mane olduğu, Kalendiya və Beytüllahim yaxınlığında qurduqları hərbi nəzarət məntəqələrindən çoxlu avtobusu geri çevirdiyi bildirilib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada dünən səhər namazı zamanı işğalçı qüvvələrin həyata keçirdiyi hücumda 57 nəfərin yaralandığı, onlardan 14-nün müalicə üçün xəstəxanaya aparıldığı, Valid əl-Şərif adlı gəncin isə vəziyyətinin kritik olduğu bildirilib. 

Xəbəri paylaş

VİDEOLAR